"Bakıya getməyə hazıram"-Ermənistan spikerindən gözlənilməz gediş
13:54 SiyasətErmənistan parlamentinin sədri Alen Simonyan dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu yenidən ifadə edib.
Musavat.com xəbər verir ki, mayın 6-da jurnalistlərə müsahibə verən Simonyan müvafiq şərait daxilində Azərbaycana səfər etməyə hazır olduğunu bildirib. Erməni spiker qeyd edib ki, o, azərbaycanlı həmkarından da analoji yanaşma gözləyir. "Mən həmkarımı İrəvana səfərə dəvət edirəm və özüm də Bakıya getməyə hazıram", - deyə Simonyan vurğulayıb.
Bu təklif iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların intensivləşdiyi və regional kommunikasiyaların açılması məsələsinin gündəmdə olduğu bir vaxtda səsləndirilib.
Alen Simonyanın bu çıxışı Ermənistan daxilində birmənalı qarşılanmayıb və müxalifət tərəfindən tənqid olunub.