Aİ  Rusiya vətəndaşlarına 620 min turist vizası verib- 10%-dən çox artım qeydə alınıb ÖZƏL

Olaylar.az xəbər verir ki, Brüsseldə yerləşən Euractiv portalının məlumatına görə, Avropa İttifaqı ölkələri 2025-ci ildə Rusiya vətəndaşlarına ümumilikdə 620 mindən çox turist vizası verib. Bu göstərici 2024-cü illə müqayisədə 10,2% artım deməkdir və 2022-ci ildən bəri ən yüksək səviyyə hesab olunur.
Məlumata əsasən, Aİ ölkələri ötən il rusiyalılara verilən turist vizalarının sayını artırsa da, bu statistikanın səbəbləri barədə rəsmi izah verilməyib.
Qeyd olunur ki, Aİ üzv dövlətləri viza siyasətində müəyyən müstəqilliyə malik olsalar da, Rusiya ilə bağlı sanksiyalar çərçivəsində ümumi tövsiyələr qüvvədə qalır. Bu tövsiyələrə rusiyalılara viza verilməsinin məhdudlaşdırılması və bəzi kateqoriyalar üzrə sərtləşdirilmiş prosedurlar daxildir.
Bildirilib ki, 2026-ci ilin noyabrından etibarən Aİ tərəfindən çoxdəfəli giriş vizalarının verilməsinin faktiki olaraq dayandırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31