Ermənistan parlamentində kəskin mübahisə: Kəşfiyyat rəhbərinin açıqlamaları tənqid olundu – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentində xarici kəşfiyyat fəaliyyəti ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı gərgin debat yaşanıb. 

Müxalif "Ermənistan" blokunun deputatı Artur Xaçatryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın çıxışını sərt tənqid edib.

Qriqoryan baş nazir Nikol Paşinyanın fikrini dəstəkləyərək bildirib ki, hakim "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə uduzarsa, ölkə yeni müharibə riski ilə üzləşə bilər. Xaçatryan isə bu yanaşmanı "məntiqə əsaslanmayan" adlandıraraq qeyd edib ki, belə ciddi iddialar konkret kəşfiyyat məlumatlarına söykənməlidir, sadəcə ehtimallara və subyektiv məntiqə yox.

Deputat vurğulayıb ki, parlament müzakirələri fərziyyələr deyil, faktlara əsaslanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31