Caparidze: “Gürcüstanın təcrid olunması və taleyin ümidinə buraxılması yolverilməzdir” – ÖZƏL
11:31 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" birliyinin liderlərinden biri Badri Caparidze Gürcüstanda akkreditə olunmuş 20-yə yaxın ölkənin diplomatı ilə görüşərək ölkədəki mövcud vəziyyəti müzakirə edib.
Caparidze görüşdə cəmiyyətdəki qarşıdurmanın dərinləşməsinin qarşısını almaq üçün dialoqun vacibliyini və qərbli tərəfdaşların bu prosesdə aktiv iştirak etməsinin əhəmiyyətini vurğulayıb. O, Gürcüstanın təcrid edilməsinin dövlət üçün təhlükəli olduğunu bildirərək, dost ölkələri gürcü xalqına dəstəyi davam etdirməyə çağırıb.
Eyni zamanda, Böyük Britaniya səfiri ilə ayrıca görüş keçirən siyasətçi Gürcüstanın Qərb və Şərq arasında birləşdirici rolunun gücləndirilməsi perspektivlərini müzakirə etdiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31