Almaniya kansleri Merzin sərt ritorikası tənqid olunur- ÖZƏL
11:30 SiyasətAlmaniya kansleri Fridrix Merz xarici siyasətdəki çıxışlarına görə tənqidlərin hədəfinə çevrilib. Olaylar.az xəbər verir ki, Politico nəşrinin yaydığı məlumata görə, onun sərt və düşünülməmiş açıqlamaları artıq siyasi nüfuzuna mənfi təsir göstərməyə başlayıb.
Nəşr Merzin vəzifəyə başlamasının birinci ildönümü ilə bağlı dərc etdiyi məqalədə qeyd edir ki, kanslerin əsas problemi daxili siyasətdə verdiyi vədlərlə nəticələr arasındakı uyğunsuzluq deyil. Əsas məsələ onun daha güclü göründüyü sahə hesab olunan xarici siyasətdə də eyni qüsurun- nəticələri nəzərə almadan sərt danışmaq meylinin ortaya çıxmasıdır.
Xüsusilə Merzin Tehranın ABŞ-ı "alçaltdığı" ilə bağlı səsləndirdiyi fikir qalmaqala səbəb olub. Məqalədə vurğulanır ki, bu cür açıqlamalar diplomatik baxımdan düşünülməmiş addım kimi qiymətləndirilir və ciddi nəticələr doğura bilər. "Politico" yazır ki, Berlin rəsmi olaraq Vaşinqtonun mümkün addımlarının əhəmiyyətini azaltmağa çalışsa da, artıq zərər baş verib. Bu isə xarici siyasət bacarıqları ilə fərqlənmək istəyən bir lider üçün ciddi reputasiya riski yaradır.
Nəşr hesab edir ki, kansler mövqeyini bərpa etmək istəyirsə, həm daxili siyasətdə hakimiyyətini gücləndirməli, həm də beynəlxalq münasibətlərdə daha təmkinli və ölçülüb-biçilmiş ritorikaya üstünlük verməlidir.