Qloballaşan dünyada milli kimliyin qorunması vacib şərtdir- ÖZƏL

"Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi bu gün xüsusilə aktuallıq kəsb edir. Qloballaşan dünyada gənclərin milli kimliyini, mənəvi dayaqlarını itirməməsi üçün bu istiqamətdə davamlı maarifləndirmə işlərinin aparılması vacibdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Gənclərin sağlam düşüncəli, vətəninə bağlı, məsuliyyətli və təşəbbüskar fərdlər kimi formalaşması məhz ailə, təhsil və cəmiyyət üçlüyünün düzgün və uzlaşmış fəaliyyəti ilə mümkündür. Bu baxımdan təhsil müəssisələrinin üzərinə düşən məsuliyyət xüsusilə böyükdür. Gənclərin düşüncələri, yanaşmaları və aktivliyi bir daha göstərir ki, bu istiqamətdə aparılan işlər davamlı və məqsədyönlü olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31