Ermənistan Ukraynanın PUA təcrübəsindən yararlanır: İrəvan və Kiyev arasında hərbi əməkdaşlıq – ÖZƏL
11:00 SiyasətOlaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yaydığı məlumata görə, Ermənistan tərəfi Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinin dron texnologiyalarından istifadə təcrübəsini müzakirə edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın pilotsuz uçuş aparatları (PUA) sahəsindəki təcrübəsini "əvəzsiz" adlandırıb və bu əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. Volodimir Zelenski Ermənistanla işbirliyinə hazır olduğunu qeyd edərək, Ukraynanın PUA istehsalı imkanlarını təqdim edib.
Məlumata görə, əməkdaşlıq artıq praktiki mərhələyə keçib; ötən ilin yayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi bölməsi Ukraynada dronların idarə edilməsi üzrə qısamüddətli təlim keçib.
Bu addımlar Ermənistanın öz ordusunu modernləşdirmək üçün Ukraynanın müharibə təcrübəsindən aktiv şəkildə istifadə etmək niyyətində olduğunu göstərir.