Zaxarova: “Ailəmin heç bir üzvünün xarici vətəndaşlığı olmayıb” ÖZƏL

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özü və ailə üzvlərinin başqa ölkə vətəndaşlığına malik olması ilə bağlı iddiaları təkzib edib.
Olaylar.az xəbər verir ki, o, Sputnik Radio efirində Vedomosti qəzetində dərc olunmuş məqaləsinə münasibət bildirərək qeyd edib ki, bu mövzu mediada əsassız məna yaradıb.
Zaxarova vurğulayıb ki, nə özü, nə də ailə üzvləri heç vaxt Rusiya vətəndaşlığından başqa vətəndaşlığa və ya başqa ölkələrdə yaşayış icazəsinə malik olmayıblar. Onun sözlərinə görə, bu cür saxta məlumatlar xüsusilə vəzifəyə təyin olunduqdan sonra yayılmağa başlayıb və dəfələrlə təkzib edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31