İraq Hörmüz boğazındakı risklərə görə neft qiymətlərini kəskin endirdi – ÖZƏL

Regionda gərginliyin artması fonunda İraqın dövlət neft şirkəti (SOMO), Hörmüz boğazı vasitəsilə daşınmanı öz üzərinə götürən alıcılar üçün neft qiymətlərində ciddi endirimlər tətbiq edib. 

Olaylar.az xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, may ayındakı tədarüklər üçün "Basrah Medium" markalı neftin rəsmi qiymətinə barrel başına 33,4 dollara qədər güzəşt təklif olunub. Bağdadın bu addımı dünya bazarındakı risklər və ixrac məhdudiyyətləri şəraitində xarici satışı stimullaşdırmaq məqsədi daşıyır. Qeyd olunur ki, anbarların dolması və İran ətrafındakı münaqişə ilə bağlı Hörmüz boğazında yaranan ixrac problemləri səbəbindən İraq hasilatı bir qədər azaldıb. Hazırda tədarükün bir hissəsi Türkiyə üzərindən boru kəməri ilə həyata keçirilsə də, bu həcmlər dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31