Aİ-nin xarici siyasət idarəsində istefa: Belen Martines Karbonel postunu tərk edir ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin baş katibi Belen Martines Karbonel vəzifəsindən getməyə hazırlaşır. "Politico" nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, bu qərar Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın həyata keçirdiyi struktur islahatları və səlahiyyət bölgüsü ilə bağlıdır.

İslahatlar çərçivəsində yaradılan yeni rəhbər vəzifəyə Karbonelin bəzi funksiyaları, o cümlədən diplomatik korpusla iş səlahiyyətləri verilib. Keçən ilin fevralından bu vəzifəni tutan Karbonelin istefa vaxtı dəqiq açıqlanmasa da, onun gələcəkdə Latın Amerikasında yeni təyinat alacağı ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31