Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi- ÖZƏL
12:32 SiyasətBöyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirib. Rəsmi sənədə əsasən, məhdudiyyətlər siyahısına daha 18 yeni bənd əlavə edilib. Olaylar.az xəbər verir ki, yeni sanksiyalar çərçivəsində bir sıra fiziki şəxslər, şirkətlər və qurumlar hədəfə alınıb. Qərarın Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi artırmaq məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, Böyük Britaniya Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiya siyasətini davamlı şəkildə sərtləşdirən ölkələrdən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31