"Bu sammit Qafqazda sülh sammiti kimi yadda qalacaq" - Antoniu Koşta
20:27 SiyasətCənubi Qafqazda keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti regionda sülh yolunda tarixi bir addımdır.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta sammitin yekunlarına dair bəyanatında bildirib.
"Bugünkü sammit həqiqətən tarixi xarakter daşıyırdı. ASB ilk dəfə idi ki, Cənubi Qafqazda toplaşmışdı", - deyə Koşta qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin video-konfrans formatında iştirakı tədbirə əlavə əhəmiyyət qazandırıb.
"Bu o deməkdir ki, sözügedən sammit cəsarətli siyasi qərarlar və səbirli diplomatik səylər nəticəsində əldə olunan Qafqazda sülh sammiti kimi həmişəlik yadda qalacaq", - deyə o vurğulayıb.
Koşta regionun nailiyyətlərinin qlobal qeyri-sabitlik fonunda mühüm nümunə olduğunu qeyd edib:
"Eskalasiya və müharibələrin hökm sürdüyü bir dünyada, Avropadakı bu sülh hekayəsi xüsusi qeyd edilməli olan bir hadisədir. Bu proses münaqişələrin həllində daha geniş Avropa yanaşmasını əks etdirir".
Avropa İttifaqı Şurasının Prezidenti sonda əlavə edib ki, Çoxtərəflilik vasitəsilə, əsasında BMT sistemi dayanan və beynəlxalq hüquqa hörmət edən bir Avropa fəaliyyət tərzi mövcuddur".