Münaqişələrin nizamlanması siyasi iradə və güclü liderlik tələb edir - Mixol Martin

İrlandiyanın Baş naziri Mixol Martin Ermənistan və Azərbaycan arasındakı hazırkı sülh prosesini yüksək qiymətləndirərək, burada liderliyin və siyasi iradənin vacibliyini vurğulayıb.

O, bu barədə Avropa Siyasi Birliyinin (ASB) sammitinin yekunlarına dair çıxışında bildirib.

"Ermənistan və Azərbaycan arasındakı bu olduqca əhəmiyyətli sülh prosesi göstərir ki, münaqişədən çıxış yolu var", - deyə Martin qeyd edib.

O bildirib ki, münaqişələrin nizamlanması həssaslıq, lakin hər şeydən əvvəl siyasi iradə və güclü liderlik tələb edir. Baş nazir əlavə edib ki, bu keyfiyyətlər prosesə cəlb olunmuş liderlər tərəfindən nümayiş etdirilib.

"Siz və azərbaycanlı həmkarınız bunu ən effektiv şəkildə nümayiş etdirdiniz və biz bunu qiymətləndiririk", - deyə Martin vurğulayıb.

O, həmçinin ASB sammitinin daha geniş hədəflərinə də toxunub: "Sammit böyük dərəcədə gələcəyin qurulmasına, Avropada birliyə və sabitliyə həsr olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31