Müdafiə gündəmi ön planda: Aİ-nin strateji kursu dəyişir - ÖZƏL

"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində hərbi məsələlərin müzakirə olunacağını təsdiqləməklə Avropa İttifaqı-nın təhlükəsizlik gündəliyində ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyur. Enerji böhranından sonra müdafiə və hərbi təchizatın əsas prioritetə çevrilməsi Brüsselin strateji baxışlarıdır".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"Sammitin İrəvan şəhərində keçirilməsi isə təkcə coğrafi seçim deyil, həm də siyasi mesajdır. Bu addım Aİ-nin Cənubi Qafqazda mövqeyini gücləndirmək və regionda daha fəal rol oynamaq niyyətini əks etdirir. Ermənistan platforma kimi önə çıxarılmaqla balans siyasətinin nə dərəcədə qorunacağı sual doğurur.
Müdafiə məsələlərinin ön plana çıxması Aİ-nin yalnız iqtisadi deyil, həm də hərbi-siyasi aktora çevrilmək istədiyini göstərir. Bu yanaşma Cənubi Qafqazda qüvvələr balansına təsirsiz ötüşməyəcək. Xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərində Aİ-nin artan rolu həm vasitəçilik imkanlarını genişləndirə, həm də tərəflər arasında yeni həssaslıqlar yarada bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31