Makron İrəvanda Ermənistanın "keçmişini" xatırlatdı: "Səkkiz il əvvəl bura heç kim gəlməzdi" – ÖZƏL
16:39 SiyasətOlaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı Ermənistanın son illərdə keçdiyi siyasi yolu yüksək qiymətləndirib. Makron ölkədəki transformasiyanın beynəlxalq ictimaiyyət üçün aşkar olduğunu bildirərək, kəskin müqayisə aparıb: "Dürüst olaq, səkkiz il əvvəl bura heç kim gəlməzdi. O zaman bu ölkə danışıqlar masasında Rusiyanın de-fakto peyki kimi qəbul edilirdi".
Fransa lideri qeyd edib ki, "Məxməri inqilab"dan sonra Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan öz kursunu dəyişərək sülh və Avropa inteqrasiyasını prioritet seçib. Makronun fikrincə, bu gün İrəvana xarici liderlərin çoxsaylı səfərləri məhz bu dəyişikliyin göstəricisidir və bu proses Ukraynanın müqaviməti, eləcə də regiondakı ümumi demokratik islahatlarla birbaşa bağlıdır.