Kanadanın baş naziri ölkəsini "qeyri-avropalılar arasında ən avropalı" adlandırdı- ÖZƏL

Kanada bütün qeyri-Avropa dövlətləri arasında "ən avropalı" ölkəyə çevrilib. Olaylar.az xəbər verir ki, baş nazir Mark Karni bu fikri İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində bildirib.
Baş nazir çıxışı zamanı bildirib ki, "Kanada bu forumda iştirak edən ilk qeyri-Avropa ölkəsidir, çünki biz bütün qeyri-Avropa ölkələri arasında ən avropalıyıq. Bizi üç sahədə yaxınlaşma birləşdirir: tarix, dəyərlər və etimad".
Karninin sözlərinə görə, Kanada, Ukraynaya yardım göstərmək üçün "könüllülər koalisiyasında" iştirakı, Latviyada NATO qoşunlarına komandanlıq etməsi və Arktika təhlükəsizlik məsələləri üzrə Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələri ilə əməkdaşlıq etməsi də daxil olmaqla, Avropa ilə ortaq dəyərləri "müdafiə edir". Baş nazir xatırladıb ki, Kanada Aİ-nin SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) müdafiə investisiya proqramında ilk qeyri-Avropa iştirakçısı olub.
Karni əlavə edib ki, Ottava bulud və kosmik texnologiyaları, eləcə də süni intellekt sahələri də daxil olmaqla, Avropa tərəfdaşları ilə əməkdaşlıq edir.
ABŞ Prezidenti Donald Trampın Kanadanı ilhaq etmək təhdidlərinə potensial cavab olaraq Kanadanın AB-yə mümkün inteqrasiyası ilə bağlı fikirlər Avropa və Kanada ekspert və siyasi dairələrində dolaşmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31