Kaya Kallas: Gürcüstanın hazırkı addımları Aİ üzvlüyü yolunda yanlış istiqamətdədir – ÖZƏL
14:29 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas İrəvanda keçirilən sammit çərçivəsində bildirib ki, Gürcüstan hökumətinin bəyanatları ilə real əməlləri üst-üstə düşmür və atılan addımlar ölkəni Avropa yolundan uzaqlaşdırır. Kallasın sözlərinə görə, bu yanlış istiqamət artıq maliyyə yardımlarının məhdudlaşdırılması kimi konkret nəticələrə səbəb olur. Orta Dəhlizin əhəmiyyətinə də toxunan Kallas, Yaxın Şərqdəki qeyri-sabitlik fonunda ticarət yollarının diversifikasiyasının və yeni marşrutların inkişafının Avropa üçün strateji prioritet olduğunu vurğulayıb.
O, Qafqazın artan rolunu qeyd edərək, regionun dayanıqlılığının qlobal təhdidlərlə mübarizədə mühüm faktor olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31