Salome Zurabişvili: Gürcüstanın Avropa yoluna xəyanət edilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə etdiyi paylaşımda ölkədə demokratiyanın "mühasirədə" olduğunu bildirib. 

O qeyd edib ki, 2024-cü ilin oktyabrından bu yana Gürcüstanda 181-dən çox jurnalist fiziki təzyiqə məruz qalıb, 26 nəfər saxlanılıb, 20-dən çox media qurumu isə fəaliyyətini dayandırmağa məcbur edilib. Zurabişvili baş verənləri ölkənin Avropa inteqrasiyası yoluna qarşı sistematik bir xəyanət kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31