Paşinyan: Ermənistan və Azərbaycan sammitlərin keçirilməsində bir-birini dəstəkləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində çıxışı zamanı bildirib ki, 2028-ci ildə bu tədbirə Azərbaycan ev sahibliyi edəcək və o, həmin vaxt Azərbaycana səfər etmək imkanının olacağına ümid edir. 

Paşinyan qeyd edib ki, hər iki ölkə sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib. O, həmçinin Azərbaycan Prezidentinin ilk dəfə Ermənistanda keçirilən tədbirə (məsafədən olsa da) qatıldığını və Türkiyə Vitse-prezidentinin İrəvana səfərinin tarixi əhəmiyyətini vurğulayıb. Baş nazir xatırladıb ki, Türkiyə Prezidenti ilə ilk görüşü də məhz ASB-nin Praqa sammiti çərçivəsində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31