İran ABŞ şərtlərini qəbul etməyə başlayıb- ÖZƏL

"İran ABŞ -ın təkliflərini getdikcə qəbul edir. Nüvə zənginləşdirməsini 3% saflaşdırılmasına razıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Göründüyü kimi, hərbi əməliyyatlardan daha çox iqtisadi blokada SEPAH -ın ABŞ qarşısında geri çəkilməsinə gətirib çıxarır. Müharibə də xalq birmənalı olaraq sistemin yanında olur. Müharibə dayanıb, iqtisadi sanksiyalar və blokada SEPAH üçün ən pis ssenaridir. Blokada davam etdikcə sosial vəziyyət daha da ağırlaşır. Bu da əhalinin etirazlara çıxmasına səbəb gətirib çıxara bilər. Xalq yenidən etirazlara qalxarsa, vətəndaş müharibəsi qaçılmaz olacaq. Bəlluclar, ərəblər və kürdlər silahlı etiraza qalxacaq. Zaman SEPAH əleyhinə işləyir. ABŞ İranı blokada saxlamağa davam edəcək. D. Tramp şərtləri qəbul etmir.."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31