Avropa Siyasi Birliyinin sammiti üçün niyə  məhz Ermənistan seçilib?- ÖZƏL

"Avropa Siyasi Birliyinin növbəti 8-ci sammitinin Ermənistanda keçirlməsi Avropa İttifaqının Ermənistana olan münasibəti ilə bağlı deyil". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Avropa Siyasi Birliyi  Zirvə Toplantısı (European Political Community Summit) 2022-ci ildə Emmanuel Makronun təşəbbüsü ilə Aİ ölkələri və onların tərəfdaşları (cəmi 47 ölkə) arasında dialoq üçün yaradılmış hökumətlərarası forumdur. Azərbaycan da bu 47 dövlətdən biridir və sonuncu dəfə 2 oktyabr 2025-ci il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin (ASB) VII Zirvə Görüşüdə Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur. Ermənistanda keçirlən görüşə isə  Azərbaycan qatılmayacaq (hər halda ali səviyyədə iştirakçılıq olmayacaq). Biz bunun səbəblərini  aylarla əvvəl mediada bildirmişdik. Əslində məlum məslədir. Fürsətdən istifadə edib ikitərəfli sammit də keçirəcəklər.
Bəs niyə məhz Ermənistan seçilib? Bunun da səbəbi sadədir. Avropa Siyasi Birliyi  Zirvə Toplantısının təşəkkül tapmış praktikasına görə bu sammit bir dəfə Aİ üzvü ölkəsində, növbəti dəfə isə Aİ üzvü olmayan dövlətdə təşkil olunur. 
Azərbaycanda da keçirlicək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31