Parlamentlərarası İttifaqın Baş katibi ölkəmizə səfərə gəlib

Mayın 3-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizə səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və protokol əməkdaşları qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31