İzmir və Bakı şəhərləri arasında qardaşlaşmanın 40 illik yubileyi qeyd olunur
16:46 SiyasətBu gün ölkəmizin İstanbul şəhərində fəaliyyət göstərən Baş konsulluğunun və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə İzmir və Bakı şəhərləri arasında qardaşlaşmanın 40 illik yubileyi qeyd olunur.
Yubiley tədbirləri çərçivəsində İzmirdə Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə konsert proqramı keçiriləcək. Bununla yanaşı, Bakı və İzmir şəhərlərinin zəngin tarixini əks etdirən foto sərgi təşkil olunacaqdır.
Qeyd edək ki, Bakı və İzmir şəhərləri 1986-cı ildə qardaşlaşmış, 1986-1987-ci illərdə isə hər iki şəhərdə bu münasibətlə müxtəlif mədəni tədbirlər keçirilmişdir.
İstanbul Baş Konsulluğunun təşəbbüsü ilə həyata keçirilən yubiley tədbirlərinin il ərzində müxtəlif proqram və layihələrlə davam etdirilməsi nəzərdə tutulur.

