Ukrayna 2027-ci ildə Aİ-yə üzv olmağa hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə vitse-premyeri Taras Kaçka ölkəsinin növbəti 12-18 ay ərzində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların böyük hissəsini tamamlaya biləcəyini bəyan edib. O, Aİ tərəfindən irəli sürülən 145 tələbin hər birinin real olduğunu və qanunvericiliyin uyğunlaşdırılması istiqamətində işlərin sürətlə davam etdiyini bildirib. 

Vitse-premyer qeyd edib ki, hazırda Avropa Komissiyası ilə texniki sahədə bütün istiqamətlər üzrə fəal müzakirələr aparılır və bu tempin qorunması 2027-ci ildə rəsmi üzvlüklə bağlı sazişin imzalanmasına imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31