Bu siyasi bataqlıq Azərbaycandan əl çəkmək istəmir-Deputat

"Hətta öz yurisdiksiya coğrafiyasında belə nüfuzunu çoxdan itirmiş təsisat olan Avropa Parlamenti ilə bağlı hər hansı siyasi prioritetimiz yoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib: "Bu siyasi bataqlıq Azərbaycandan əl çəkmək istəmir. Təbii ki, nə qədər uzaq durmağa çalışsaq da, suverenliyimizə qarşı növbəti siyasi təxribat olduğu üçün belə çirkab yuvalarını cavabsız buraxmaq olmaz. Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq "söz yığını" heç bir formada hüquqi sənəd adlana bilməz. Çünki özlüyündə bu "siyasi şantaj" hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31