Gürcüstanda Aİ direktivi əsasında yeni qanun hazırlanır- ÖZƏL
12:00 SiyasətGürcüstanda Parlamentin Qiymət Tənzimləmə Komitəsi Avropa İttifaqının Ədalətsiz Ticarət Təcrübələri Direktivi çərçivəsində qanun layihəsinin hazırlanmasını tövsiyə edib. Olaylar.az xəbər verir ki, komitə sədri Şota Berekaşvilinin sözlərinə görə, məqsəd bazarda fəaliyyət göstərən şirkətlər arasında münasibətləri daha ədalətli və şəffaf etməkdir. O bildirib ki, sektor iqtisadiyyatın 21%-ni təşkil etdiyindən aqressiv müdaxilə risklidir.
Qeyd olunub ki, dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır və prosesin 6-9 ay ərzində tamamlanması mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31