Hərbi əsirləri siyasi məhbus elan etsələr təəccüblənmərik- Deputat

"Son 36 ildə Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük. 1990-2000-ci illərdə yalnız erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsi iddia edən avrobürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və "status-kvo" ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa çalışırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qələbəmizdən sonra Avroparlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər: "Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər.

Dünən sənəddəki "Dağlıq Qarabağ" termini işğalçıların təkcə Qorbaçov deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir.

Lakin ən başlıcası, qətnamənin adıdır, sitat- Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən-Moskvadan gələn hibrid hücumlardan qorunmaq. Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib Ermənistanı xarici informasiya hücumlarından qorumaqdırsa, onda tam əksinə regionda sülhə zərbə vuran, Paşinyanın seçki platformasının əsas ideyasını-Azərbaycanla normallaşma prosesini pozan, "üçbaşlı müharibə partiyası"nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir.

Eva Kaylinin korrupsioner davamçıları qorxur ki, iki xalqın düşmənçiliyi sona çatar və o dövlətlərin əli kəsilər. Qarabağ məsələsi gündəlikdən çıxdıqca, keçmiş imperiya varisləri Qafqaza qorxu kültürünü yaya, silah sata, neft-qaz resurslarını ələ keçirə bilməzlər".

Deputat bildirib ki, bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq:

"Qarabağ əhalisini geri qaytarmağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərdə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə "üçbaşlı müharibə partiyası" deyil, İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır.

Son 35 ildə ilk dəfə Azal təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar..Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar.
Bəs parlamentimizin cavabı nə olmalıdır-biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki, son 30 ildə işğali legitimləşdirmək üçün qurduqları infrastuktur, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini kimsə imperiya maraqlarına alət edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31