Avropa Parlamenti ilə əlaqələr kəsilsin-Deputat- ÖZƏL
11:38 Siyasət"Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənəd bir daha göstərir ki, Avropa Parlamentinin müəyyən dairələri Cənubi Qafqaz reallıqlarına obyektiv və balanslı yanaşma əvəzinə, siyasi qərəz və selektiv yanaşma nümayiş etdirməkdə davam edirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib: "İlk növbədə, Ermənistanla bağlı sənəddə Azərbaycan adının mütəmadi şəkildə neqativ kontekstdə hallandırılması tamamilə məntiqsizdir. Söhbət Ermənistan siyasətinə həsr edilmiş sənəddən gedirsə, bu sənədin Azərbaycan əleyhinə siyasi platformaya çevrilməsi qəbuledilməzdir. Bu yanaşma sənədin siyasi motivli olduğunu açıq-aşkar ortaya qoyur.
İkinci mühüm məqam ondan ibarətdir ki, regionda uzun illər davam etmiş münaqişə artıq başa çatıb. Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bugünkü reallıq post-münaqişə dövrüdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh sazişi istiqamətində intensiv proses gedir. Belə bir həssas mərhələdə Avropa Parlamentinin birtərəfli və təzyiq xarakterli bəyanatları sülh gündəminə xidmət etmir, əksinə, regionda etimad mühitinə zərbə vurur."
Millət vəkili təklif edib ki, Avropa Parlamenti ilə əlaqələr kəsilsin və münasibətlərə yeidən baxılsın.