Avropa Parlamentinin qeyri-ciddi çağırışlar rədd edilir- ÖZƏL
11:23 Siyasət"Avropa Parlamentinin Qarabağdan könüllü gedən ermənilərin ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtması barədə qeyri-ciddi çağırışlar rədd edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov deyib: "Azərbaycan dəfələrlə konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və reinteqrasiyasını təmin etməyə hazır olduğunu bildirib. Ermənistan sakinlərin ölkəni tərk etməsi məcburiyyət deyil, könüllü əsasa söykənir.
Bundan əlavə, Qərbi Azərbaycandan təxminən bir milyon qaçqın və məcburi köçkün olan azərbaycanlıların hüquqlarını tamamilə görməzdən gələrək erməni sakinlərin qayıtmasına selektiv şəkildə hörmət edilməsi tərəfli yanaşmanın bariz nümunəsidir.
Mədəni irsin məhv edilməsi ilə bağlı iddialar qərəzlidir. Həqiqət odur ki, 30 illik işğal dövründə Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan edilib və təhqir edilib. Bütün şəhərlər, yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar və tarixi abidələr yer üzündən silinib və bu hallar heç bir zaman Avropa Parlamentinin tərəfindən diqqətə çatdırılmayıb.
Buna baxmayaraq, ölkəmiz tərəfindən həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə aidiyyəti olan bütün xalqların və dinlərin mədəni və tarixi irsi bərpa edilir. Bu faktları görməzdən gəlmək ikili standartların nümunəsidir".