Prezidentin sülh diplomatiyası Azərbaycanı regional sabitlik mərkəzinə çevirib- ÖZƏL

Bakı Dövlət Universitetində "Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda" mövzusunda Bakı Forumu keçirilib. İclasda Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edib. "Olaylar"ın məlumatına görə, millət vəkili qeyd edib ki,  Prezident İlham Əliyevin sülh diplomatiyası Azərbaycanın post-münaqişə dövründə əsas strateji xəttini təşkil edir və regionda sabitlik, əməkdaşlıq və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir: "Bu siyasət milli maraqların beynəlxalq hüquqa əsaslanaraq müdafiəsi, eləcə də dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənir. Prezidentin sülh diplomatiyası Azərbaycanın regional sabitlik mərkəzinə çevrilməsinə və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə töhfə verir. 2025-ci ildə Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə edilən nəticələr Ermənistanla normallaşma prosesinin irəliləməsinə və regionda uzunmüddətli sabitliyin formalaşmasına ciddi töhfə verdi.
 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin yalnız gələcəyin deyil, bu günün də fəal qurucusu olduğunu göstərdi. Gənclər həm cəbhədə qəhrəmanlıq göstərərək, həm də arxa cəbhədə könüllü fəaliyyətlər və informasiya mübarizəsi apararaq ölkənin haqq səsini dünyaya çatdırdılar və öz fiziki və intellektual güclərini nümayiş etdirdilər.
Azərbaycanın yanaşması həm də ondan ibarətdir ki, sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, insanlar arasında körpülər qurmaqla təmin olunur. Bu körpülərin əsas memarları isə məhz gənclərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31