Slovakiyanın Baş naziri 1 May gecəsini çörək paylayaraq keçirdi – ÖZƏL
10:17 SiyasətSlovakiyanın Baş naziri Robert Fico 1 May - Əməkçilərin Beynəlxalq Həmrəylik Günü münasibətilə işçilərlə həmrəylik nümayiş etdirərək gecəni çörək sexində sürücü-ekspeditorun köməkçisi kimi keçirib.
Olaylar.az xəbər verir ki, siyasətçi bu barədə mayın 1-də Slovakiyanın TA3 telekanalında yayımlanan mətbuat açıqlamasında məlumat verib.
"Çörəkxananın sahibi ilə razılaşdım ki, təhlükəsizlik texnikası üzrə təlim keçdikdən sonra əvvəlcə bir neçə dəqiqə hazırlanan məhsullara baxım, daha sonra isə sürücü-ekspeditorun köməkçisi kimi çalışım. Biz bu çörəkxananın hazırladığı məhsulları çatdıracağıq, bir neçə dayanacağımız olacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31