Regionda yeni ittifaqlar: əməkdaşlıqmı, yoxsa qarşıdurma zənciri?- ÖZƏL
16:33 SiyasətÖtən həftə Ermənistan və region ətrafında baş verən hadisələr fonunda anti-Azərbaycan və anti-Türkiyə ritorikası yenidən güclənib. Kiprdə Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə sahəsində görüşlər keçirilərək illik hərbi əməkdaşlıq proqramları imzalanıb. Eyni dövrdə İsrailin də Yunanıstan və Kiprlə 2026-cı il üçün Türkiyəyə qarşı yönəldiyi iddia edilən hərbi əməkdaşlıq proqramı imzaladığı bildirilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu cür ittifaqların regionda gərginliyi artırdığını bildirib və Yunanıstan və Kiprə xəbərdarlıq edib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Regionda bu cür ittifaqların formalaşması görünür ki, artıq qaçılmaz bir prosesə çevrilib və burada Ermənistanın bir ittifaqa qoşulması da iki faktor kimi görünür.
Birinci faktor ondan ibarətdir ki, Ermənistan cəmiyyətində hələ də revanşist müxtəlif siyasi qruplar var və bunlar həm daxildə keçmiş cinayətkar Qarabağ klanı üzvlərinin, həm Köçəryan bloklarının, həm Rusiyanın yeni oliqarx klanlarının, yəni daxildəki müəyyən qruplaşmaların, həm də Rusiyanın aktiv təzyiqi , dəstəyi ilə güclənirlər və Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik getdikcə daha da güclənir. Bu bir təsirdir. İkinci məsələ isə ondan ibarətdir ki, fərqli faktor olaraq təşkilati və regional səviyyədə yeni bir ittifaq formalaşır. Bu ittifaq əsasən, deyək ki, Kipr, Yunanıstan, İsrail üzərindən digər böyük qruplar, deyək ki, Tramp administrasiyası, Amerika və Hindistanın da qoşulduğu bir formatdır. Yəni faktor olaraq bu ölkələrdən ibarət yeni bir dəhliz, yeni bir ittifaq formalaşır və görünən odur ki, Ermənistanda da bu ölkələrlə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Məsələn, Ermənistanın sonradan hərbi dəstəklər və iqtisadi yardımlarla təmin olunması da digər tərəfdən bu prosesin istiqamətini göstərir. Və bu da qəribədir ki, bir tərəfdən Fransa müəyyən rol oynayır. Çünki Fransa bir tərəfdən Ermənistanda, Şərqi Aralıqda, Yunanıstanda, Kiprdə Türkiyəyə qarşı mövqedə dayanır və Şərqi Aralıq bölgəsində Türkiyə əsas rəqib kimi görünür. Digər tərəfdən isə Fransa həm də yeni formalaşan bu ittifaqı, özünə yeni bir hərbi və iqtisadi birlik kimi görür və buna qarşı Avropa İttifaqı ilə birlikdə müəyyən mübarizə aparır. Bu yeni ittifaq- deyək ki, İsrail, Kipr, Yunanıstan ittifaqı və Ermənistanın iştirakı bu ittifaqda Fransanın nə qədər təsirli olmasından asılıdır. Çünki Fransa bu ittifaqda Ermənistanın rolunh müəyyənedici əsas təsir göstərən ölkədir".
Zeynəb Mustafazadə