Ulu Öndər bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib- ÖZƏL

"Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi Lideri olub".  "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə deyib: "Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də  gələcəyə doğru  uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi".

O, qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda  xalqına dayaq oldu: "O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. 
Mən "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir,  Heydər Əliyevin arzusunun real təsdiqidir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını və dövlətini dərin məhəbbətlə sevirdi və bu sevginin təcəssümü kimi Azərbaycana dövlətinə və xalqına sədaqətlə xidmət edən Lideri - cənab İlham Əliyevi bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlamaları hər birimizi qürurlandırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi naminə görülən işlər məhz Heydər Əliyev siyasətinin təntənəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31