Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir və bu gün də öz aktuallığını qoruyub saxlayır". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisində mühüm rol oynayıb. Bu irsin gənc nəsil tərəfindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.
 Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionda mühüm mövqeyə sahib olmuş, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bu Zəfər Heydər Əliyev ideyalarının real nəticələrə çevrildiyini bir daha təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31