Cexiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir- ÖZƏL
10:55 Siyasət"Azərbaycanla Çex Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir və bu sahədə qarşılıqlı maraqların uzlaşması müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Mövcud təcrübə artıq birgə istehsal layihələrinin müzakirəsinə keçidi mümkün edib ki, bu da əməkdaşlığın yeni mərhələyə yüksəldiyini ifadə edir. Bu proses tərəflər arasında texnoloji biliklərin paylaşılması, müasir istehsal standartlarının tətbiqi və sənaye potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahədə əməkdaşlığın genişlənməsi həm müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, həm də yerli istehsal imkanlarının artırılmasına xidmət etməklə yanaşı, sənaye sahəsində innovasiyaların tətbiqinə də təkan verir".
Millət vəkili əlavə edib ki, energetika sahəsində əməkdaşlıq uzun illər münasibətlərin aparıcı istiqamətlərindən biridir və bu sahə iki dövlət arasında etibarlı tərəfdaşlığın əsas dayaqlarından hesab olunur: "Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması ilə tanınır və bu mövqe Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Enerji təhlükəsizliyinin qlobal gündəlikdə ön plana çıxdığı bir dövrdə bu əməkdaşlıq daha da strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, tərəflər enerji əməkdaşlığını yalnız ənənəvi resurslarla məhdudlaşdırmır, onu daha geniş iqtisadi tərəfdaşlığın tərkib hissəsi kimi təqdim edirlər. Bu yanaşma bərpa olunan enerji, enerji səmərəliliyi, "yaşıl texnologiyalar" və innovativ həllər sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır".