Manukyan Baş prokuroru sərt tənqid etdi: "Sizin hesabatınızın heç bir dəyəri yoxdur" – ÖZƏL
15:46 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" müxalifət blokunun deputatı Geqam Manukyan parlamentin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında Baş prokuror Anna Vardapetyanı kəskin tənqid edib. 2025-ci ilin fəaliyyət hesabatının müzakirəsi zamanı deputat bildirib ki, ölkədə həbs qətimkan tədbirlərinin azaldılması barədə rəsmi rəqəmlər reallığı əks etdirmir və bu hesabatlar heç bir əhəmiyyət kəsb etmir.
Manukyan 18 yaşlı David Minasyanın həbsini nümunə gətirərək, Baş prokuroru deputat Artur Sarkisyanın həbsi zamanı yalan və saxta faktlarla parlamenti aldatmaqda ittiham edib. O, prokurorluğun iddia etdiyi "maşın təkərləri altına atılacaq ulduzcuqlar" və "atışma planları" kimi məlumatların sonradan yalan çıxdığını vurğulayaraq, Anna Vardapetyanı qeyri-obyektivlikdə günahlandırıb.