Qaqik Tsarukyan “Çiçəklənən Ermənistan” partiyasının seçki proqramını təqdim edib – ÖZƏL
15:21 SiyasətOlaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan ölkənin gələcək inkişafı və mövcud çağırışlarla bağlı geniş bəyanatla çıxış edib. O, komandasının təcrübəsinə güvəndiyini bildirərək, iqtisadiyyat, təhlükəsizlik və sosial sahələrdə köklü islahatlar vəd edib. Tsarukyan xüsusilə turizm sektorunu ölkənin "qızıl mədəni" adlandırıb və bu sahənin düzgün idarə olunacağı təqdirdə milyardlarla dollar gəlir gətirə biləcəyini vurğulayıb.
Xarici siyasətdə birtərəfli güzəştlərə qarşı çıxan siyasətçi, milli maraqlara və balanslaşdırılmış tərəfdaşlığa əsaslanan "zəmanətli sülh" modelini təklif edib. Proqramda həmçinin yeni atom elektrik stansiyasının tikintisi, kənd təsərrüfatı nazirliyinin bərpası, güzəştli kreditlərin verilməsi və paytaxt İrəvanın modernləşdirilməsi kimi strateji hədəflər yer alıb. Tsarukyan xalqı mövcud siyasi konyukturanın təqdim etdiyi "yalançı seçimlərdən" imtina etməyə və güclü dövlət quruculuğuna dəstək verməyə çağırıb.