"Ağlınızı başınıza yığın!" - Tramp İrana xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İrana xəbərdarlıq şəklində olan ismarıc göndərib.

Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkə hesabında rəsmi Tehranı səriştəsizlikdə ittiham edib .

"İran özünü toparlaya bilmir. Onlar qeyri-nüvə sazişini necə bağlamağı bilmirlər. Yaxşı olar ki, tezliklə ağıllarını başlarına yığsınlar!",-deyə Tramp yazıb.

Ağ Ev rəhbəri eyni zamanda posta öz süni intellektlə hazırlanmış, əlində avtomat silah, arxa fonda isə çoxsaylı partlayışlar olan şəklini paylaşıb. Fotoda ingilis dilində "Cənab yaxşı oğlan daha olmayacaq" yazısı qeyd olunub.Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31