Arman Tatoyan: "Vahidliyin Qanadları" parlamentə daxil olacaq ÖZƏL
13:16 SiyasətOlaylar.az xəbər verir ki, "Vahidliyin Qanadları" siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan Ermənistan İctimai Televiziyasının efirində çıxış edərək, keçirilən rəy sorğularının nəticələrinə əsasən, təmsil etdiyi siyasi qüvvənin parlamentə daxil olacağını bildirib.
Tatoyan qeyd edib ki, bu təşəbbüs ölkəyə ədalət, öz sözünə və hərəkətlərinə cavabdeh olan hakimiyyət gətirəcək, həmçinin təhlükəsizlik sistemini bərpa edəcək. O, həmçinin İctimai Televiziyanın fəaliyyətində də ədalətin bərqərar olunacağını vədlərinə əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31