Böyük Britaniya Kralı III Çarlz: "ABŞ ilə müttəfiqliyimiz sarsılmazdır" ÖZƏL
13:15 SiyasətOlaylar.az xəbər verir ki, Böyük Britaniya Kralı III Çarlz ABŞ-yə dövlət səfəri çərçivəsində Konqresin hər iki palatasının birgə iclasında çıxış edərək, iki ölkə arasındakı münasibətlərin tarixi və strateji əhəmiyyətini vurğulayıb. Kral bu ittifaqı "unikal, əvəzedilməz və sarsılmaz" adlandıraraq, xalqlar arasındakı ortaq bağların əbədi olduğunu bildirib. İki ölkənin dünya müharibələrindən Əfqanıstana qədər hər zaman çiyin-çiyinə mübarizə apardığını xatırladan monarx, müasir dövrdə Ukraynanın müdafiəsi üçün eyni qətiyyətin nümayiş etdirilməsinin vacibliyini qeyd edib. O, ədalətli və davamlı sülhün təmin olunması üçün Ukrayna xalqına dəstəyin kəsilməməsi çağırışını edib.
Qeyd edək ki, Kralın bu səfəri ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutur.