Ukrayna Belarusla sərhəddəki istehkamlarını gücləndirir ÖZƏL

Ukrayna Belarusla sərhəddə istehkamlar qurur. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko "Ukrinform"a verdiyi müsahibədə bildirib.
Demçenko bildirib ki, "Biz Belarusla sərhəd boyunca birbaşa mühəndis istehkamları qururuq".
Onun sözlərinə görə, "respublika ilə həmsərhəd olan hər bir bölgədə, o cümlədən Volın, Rovno, Jitomir, Kiyev və Çerniqov vilayətlərində istehkamlar tikilir". Demçenko vurğulayıb ki, "Kəşfiyyat bölmələri, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Belarus ərazisindəki hadisələri yaxından izləyir".
Lakin o, Belarusdan hansı təhdidlərin müzakirə oluna biləcəyini deməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31