Ukraynalılar sərhədi keçmək üçün hidrokostyum və akvaskuterlərdən istifadə edir ÖZƏL

Ukraynanı sərhəd çayları vasitəsilə tərk etməyə çalışan şəxslər tez-tez hidrokostyum və akvaskuterlərdən istifadə edirlər. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko "Ukrinform" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür qaçış cəhdlərində yalnız hidrokostyumlardan deyil, həm də insanı çəkərək daha sürətli üzməyə kömək edən akvaskuterlərdən istifadə olunur. Demçenko qeyd edib ki, əsasən insanlar Tisa çayı üzərindən sərhədi keçməyə çalışırlar, lakin son vaxtlar Dnestr çayı da bu məqsədlə daha çox istifadə olunmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31