Türkiyə və Ermənistan sərhədlərinin açılması mümkün görünür- ÖZƏL
12:13 Siyasət"Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Bu səfər iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olur". Bunu "Olaylar"a politoloq Məhəmməd Əsədullazadə deyib: " Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələr və sərhədlərin delimitasiya -demarkasiyasinı müzakirə etməkdən ibarətdir. Öten gün N. Pasinyan iki ölkə arasında sərhədlərin delimitasiya -demarkasiyasını yaxın perspektivdə başlanacağını qeyd edib.
Həmçinin iqtisadi əlaqələrin qurulması və hər iki ölkənin məhsullarının ticarəti razılaşdırılması istisna deyil. Ermənistanda seçkilər yaxınlaşır və N. Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır. Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür".