Ulu Öndərin ən böyük xidmətlərindən biri milli birliyin təmin olunması idi- ÖZƏL
14:15 Siyasət
"Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşmasında, müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin hərtərəfli inkişafında oynadığı müstəsna rol danılmazdır. Onun müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycan üçün yalnız bir dövrün siyasəti deyil, uzunmüddətli inkişaf strategiyasıdır. Onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə güclü dövlətçilik ənənələri formalaşdı, milli maraqlara əsaslanan müstəqil siyasət kursu müəyyənləşdirildi. Ulu Öndərin ən böyük xidmətlərindən biri milli birliyin təmin olunması, dövlət və xalq arasında etimadın möhkəmləndirilməsi olmuşdur. Bu gün əldə etdiyimiz uğurların əsasında məhz həmin möhkəm təməl dayanır.
Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Onun ideyaları gənclər üçün vətənpərvərlik, dövlətə sədaqət və məsuliyyət nümunəsidir. Bu dəyərlər üzərində yetişən gənclər ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaqlar".