Azərbaycan–Ukrayna dostluq əlaqələri inkişaf edir- ÖZƏL
12:26 Siyasət"Prezident İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Cənab Prezident əvvəlcə son dörd il ərzində Ukrayna Prezidenti ilə artıq yeddinci görüşün baş tutduğunu bildirib. O, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda strateji tərəfdaşlığa dair iki mühüm sənədin imzalandığını xatırladıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: " Qeyd olunub ki, Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir və bu mövqe bundan sonra da davam etdiriləcək. Dövlət başçısı xüsusilə energetika sahəsində əməkdaşlığı vurğulayıb, SOCAR-ın Ukraynadakı fəaliyyətinə toxunub. Həmçinin hərbi-texniki əməkdaşlıq üzrə fikir mübadiləsinin aparıldığını və birgə istehsal imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. Sonda səfərin Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə verəcəyinə əminlik ifadə olunub".