Çexiya Avropada Azərbaycanin etibarlı tərəfdaşıdır- ÖZƏL
11:26 Siyasət"Çexiya Azərbaycan əlaqələri strateji tərəfdaş səviyyəsində uzun müddətdir davam edir. İki ölkə konfedensial strateji tərəfdaşlığı uzunmüddət davam etdirib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Xüsusilə, Ermənistan -Azərbaycan münaqişəsinə görə Avropa ölkələri Azərbaycana silah satışı embarqosu tətbiq edərkən Çexiya Azərbaycanla sıx hərbi -texniki əməkdaşlıq edib. Azərbaycana "DANA" özüyeriyən artilleriya qurğuları və digər silahlar satıb. Avropada Azərbaycanın etibarlı tərəfdaşı olub
Bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm sənədlər imzalanıb. Çexiyanın Baş nazirinin Azərbaycana səfəri məhz dostluq və strateji əhəmiyyətli səfər idi"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31