Maya Sandu: Rumıniya ilə birləşmə Aİ-yə üzvlüyü sürətləndirə bilər- ÖZƏL
10:46 SiyasətMoldova Prezidenti Maya Sandu hesab edir ki, ölkəsinin Rumıniya ilə birləşməsi Avropa İttifaqına daha sürətli inteqrasiyanı təmin edə bilər. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Fransanın "Le Monde" nəşrinə müsahibəsində səsləndirib. Sandunun sözlərinə görə, belə bir addım Moldovanın Aİ-yə üzvlük prosesini sürətləndirə və ölkəyə əlavə imkanlar yarada bilər. Bununla yanaşı, o vurğulayıb ki, bu cür qərar yalnız vətəndaşların əksəriyyətinin razılığı ilə qəbul oluna bilər.
Moldova lideri alternativ variant kimi ölkənin Aİ-yə Dnestryanı regionsiz qoşulmasını da mümkün hesab etdiyini bildirib. Onun fikrincə, bu ssenari də müzakirə oluna biləcək variantlar sırasındadır.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan edən Moldova ilə Rumıniya arasında birləşmə ideyası zaman-zaman gündəmə gəlsə də, bu məsələ cəmiyyətdə birmənalı qarşılanmır.