Mixail Saakaşvili: "Xalqla körpü qurmalı, nifrət saçanları geridə qoymalıyıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında xalqa müraciət edərək müxalifəti birliyə və konkret hədəflərə köklənməyə çağırıb. O, qəzəbinin müxalifətə deyil, mövcud diktaturaya və işğalçılara qarşı olduğunu bildirərək, xalqdan qopmuş və sadə vətəndaşlara nifrət bəsləyən şəxslərin mübarizədən kənarlaşdırılmasının vacibliyini vurğulayıb. 

Saakaşvili qeyd edib ki, müxalifət daim müdafiə mövqeyində qalmamalı, İvanişvili rejiminin yaratdığı bahalaşma kimi real problemlərə fokuslanaraq diktaturanı geri çəkilməyə məcbur etməlidir. Onun fikrincə, keçmişə deyil, gələcəyə yönələn fədakar mübarizə və xalqla qurulan sıx bağlar mütləq qələbə ilə nəticələnəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31