ABŞ və İran arasında gizli danışıqlar: Hörmüz boğazının açılması müzakirə olunur – ÖZƏL

Olaylar.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, ABŞ və İran arasında münaqişənin sülh yolu ilə həlli istiqamətində gizli diplomatik danışıqlar davam edir. Razılaşmanın ilkin mərhələsi kimi tərəflərin müharibədən əvvəlki status-kvoya qayıtması və Hörmüz boğazında gəmilərin sərbəst, rüsumsuz hərəkətinin bərpası nəzərdə tutulur. 

Vasitəçilərin hər iki tərəfə təzyiq göstərdiyi bu prosesdə İranın nüvə proqramı məsələsinin daha sonra müzakirə ediləcəyi bildirilir. Bununla belə, ABŞ-nin hərbi əməliyyatları yenidən başlama riski hələ də qalmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31