Baş Polis İdarəsi Azadlıq Meydanında aksiya ilə bağlı xəbərdarlıq etdi
4 Dekabr 2013 17:00 SiyasətBakının Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib. Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də "Azadlıq" meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00